Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanla sərhəddə təhlükəsizlik zonası zərurəti...

Hərbi ekspert: “Azərbaycan təhlükəsizlik zonası yaratmaqla Ermənistanın təxribatlarına son qoya bilər”...

“Sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə baş verənlər bir daha Ermənistanın sülhə necə hazır olduğunu və Brüsseldəki danışıqlara necə yanaşdığını göstərdi. Ona görə də Azərbaycan təhlükəsizlik zonası yaratmaqla Ermənistanın təxribatlarına son qoya bilər”.

Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, baş verən təxribatların kimin tapşırığı olduğu tam mənzərəsi ilə ortadadır:

Ermənistan baş naziri tərəfindən kimlərə zəng olunduğu, kimlərə hesabat verildiyini müşahidə etdik. Bir sözlə, məsələnin arxasında kimlərin dayandığı gün kimi aydındır. Regionda marağı olan qüvvələr Ermənistandan istifadə etməklə onu Azərbaycana qarşı təxribatlar törətməyə sövq edirlər. Nədənsə, bəyanatlar verən ABŞ departamentinin rəsmiləri, Rusiya, həmçinin Fransa özlərinə sual vermirlər ki, 44 günlük müharibədən sonra Ermənistan əsgərinin Azərbaycan torpaqlarında nə işi var?! Niyə Ermənistan hərbi qulluqçuları Azərbaycan ərazisində təxribat törədir, mina basdırır, atəş açırlar?! Hətta, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgələrdən də Azərbaycan mövqeləri atəşə tutulur və buna Rusiya Federasiyası çox sakit reaksiya verir. Axı 2020-ci ilin noyabrında üçtərəfli razılaşmasında açıq şəkildə bütün bunlar yazılıb və bu gün də həmin müddəaların bir neçəsi yerinə yetirilməmiş qalır. Necə olur ki, Paşinyan öz imzladığı sənədə hörmət qoymur və beynəlxalq ictimaiyyəti aldadır?! Ona görə də bu təxribatlar nə birincidir, nə də sonuncu olacaq”.

Ü.Cəfərov vurğulayıb ki, Ermənistan daim bölgədə marağı olan qüvvələrin maşası olub və bu, heç vaxt dəyişməyəcək:

Azərbaycan isə Ermənistanın bu illər ərzində özünü necə apardığını çox gözəl bilir. Ona görə də təhlükəsizlik zonası, yəni “bufer zona” mütləq şəkildə yaradılmalıdır. Ermənistan başa düşməlidir ki, Azərbaycan bundan sonra hansısa özbaşınalıqlarına heç bir halda imkan verməyəcək. Hesab edirəm ki, “bufer zona” elə bir şəkildə yaradılmalıdır ki, orada Ermənistan Azərbaycanın həm sərhədçilərinə, həm hərbiçilərinə, həm də hərbi infrsatrukturuna təhlükə yaratmasınlar. Təhlükə yaratmaq istədiyi təqdirdə isə bunun Ermənistan üçün hansı acı nəticələrlə bitəcəyini dərindən anlasın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Ən çox oxunanalar